ATƏT-in Bakı iclasında ermənilərin təklifi qəbul edildi
Bizi izləyin

Dünya

ATƏT-in Bakı iclasında ermənilərin təklifi qəbul edildi

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasında növbəti dəfə qızğın müzakirələrlə yadda qalıb.

Axar.az-ın iclasda olan əməkdaşının sözlərinə görə, iclas zamanı Belçikanı təmsil edən deputat Nahima Lanjri Rusiya ilə ATƏT-in yaxınlığından bəhs edən maddənin dəyişdirilməsi ilə bağlı litvalı deputatın təklifini müzakirəyə çıxarmaqda israr edib. Bunun ardınca isə təklif fasilədən sonra müzakirəyə çıxarılıb və şifahi düzəliş kimi qəbul edilib.

Daha sonra isə ermənilər gündəlikdə 47-ci maddəyə dəyişiklik edilməsini istəyiblər. Ermənistandan olan deputatlar Suriyada və başqa yerdə öldürülənlərin səbəbi kimi təkcə etnik yox, həm də dini zəmininin əsas göstərilməsini təklif ediblər. Bu təklif də qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm