Hitleri təbliğ edən qazax baş redaktor cərimə edildi
Bizi izləyin

Dünya

Hitleri təbliğ edən qazax baş redaktor cərimə edildi

Qazaxıstanda Alma-Ata məhkəməsi Adolf Hitleri öz jurnalında təbliğ edən baş redaktora külli miqdarda cərimə hökmü çıxarılıb.

Publika az. Tengrinews.kz agentliyinə istinadən məlumat verir ki, “Anız adam” (“Əfsanə adam”) jurnalının baş redaktoru Jarılkap Kalıbay müharibə veteranlarının şikayəti əsasında məhkəməyə verilib.

Belə ki, baş redaktor jurnalın aprel nömrəsini Adolf Hitlerin anadan olmasının 125 illiyinə həsr edib. Kalıbay “Hitler faşist deyil” başlıqlı məqaləsində nasional-sosializmi aşkar dəstəkləyib.

Jurnalın çapından sonra ölkədə qalmaqal qopub. Hətta Xarici İşlər Nazirliyi belə bəyanat verərək bu məzmunda məqalələrin dərcini yolverilməz sayıb.

İkinci Dünya və Əfqanıstan müharibəsi veteranları, Çernobıl əlilləri jurnalın nüsxələrini yandıraraq baş redaktorun həbsini tələb ediblər.

Məhkəmə Jarılkap Kalıbayı 13 milyon tenge (70 min dollar) cərimələyib. Baş redaktor isə qətnamə ilə razı deyil və apelyasiya şikayəti vermək niyyətindədir.
O həmçinin bildirib ki, Hitler haqda yazmaqla belə şəxslərin nə qədər təhlükəli olduğunu qabardıb. Baş redaktor yazıda sətiraltı Putinə, onun siyasətinin Qazaxıstan üçün təhlükəli olduğuna işarə etdiyini deyib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm