General rüşvətə görə qovuldu
Bizi izləyin

Dünya

General rüşvətə görə qovuldu

"Çin ordusunun generalı Kommunist partiyasından qovulub və rüşvət ittihamı ilə məhkəməyə cəlb olunacaq".

Publika.az-ın məlumatına görə, bunu Çin Xalq Respublikasının sədri Si Tszinpin deyib.

Si Tszinpin korrupsiya ilə başladığı mübarizədə rüşvət ittihamı irəli sürülən ən yüksək rütbəli hərbçinin general Xu Caihou olduğunu bildirib.

Çin lideri deyib ki, o, rüşvətlə bağlı heç bir rütbəyə baxmayacaq.

Qeyd edək ki, Xu Caihou Siyasi Büronun üzvüdür və Mərkəzi Hərbi Komissiyanın sədr müavinidir.

Müstəntiqlər müəyyən ediblər ki, Xu və onun qohumları pulla və əmlakla rüşvət alırmış

Oxumağa davam et
Reklam
Reklam

Gündəm