Azərbaycan Türkiyəyə nota verdi
Bizi izləyin

Dünya

Azərbaycan Türkiyəyə nota verdi

“Türkiyənin Ankara şəhərində bu il martın 29-da Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatı, səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobillə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq polislər tərəfindən kobud sürətdə dayandırılıb”.

Publika.az məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, polislər diplomatı təhqir ediblər:

“Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü fiziki güc tətbiq olunub. Məsələ ilə bağlı həmin gün Türkiyə XİN-ə nota ünvanlanıb, DİN-də polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Proses hazırda davam etməkdədir. Azərbaycanın Türkiyədəki səfirliyi məsələni yaxından izləməkdədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm