İŞİD-in çeçen komandiri öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-in çeçen komandiri öldürüldü

İraq və Şam İslam Dövləti qruplaşmasının çeçen lideri Ebu Ömer El Çeçeni öldürülüb.

Publika.az-ın məlumatına görə, PKK-nın Suriyada qolu olan YPG çeçen liderinin 15 silahlı ilə birlikdə məhv edildiyini iddia edib.

İŞİD çeçen komandirinin öldüyü barədə hər hansı bir açıqlama verməyib. Bununla belə PKK-nın Suriya qolu Ebu Ömərin cəsədinin əlində olduğunu açıqlayıb.

Qeyd edək ki, Ebu Ömerin bundan əvvəl 3 dəfə öldürüldüyü barədə məlumatlar yayılsa da sonradan bu məlumatlar təsdiqini tapmamışdı.

İŞİD-in bu gün yaydığı videoda Ebu Ömerin görüntüləri də yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm