İŞİD girov türklərə görə pul tələb etdi
Bizi izləyin

Dünya

İŞİD girov türklərə görə pul tələb etdi

İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşması girov götürdüyü 32 türk sürücüsünün geri qaytarılması ilə bağlı şərtini açıqlayıb.

Publika.az-ın məlumatına görə, terror təşkilatı ilə əlaqə quran sürücülərin yaxın adamlarına bildirilib ki, hər maşına və sürücü üçün 50 min dollar fidyə ödənilməlidir.

Qeyd edək ki, İŞİD silahlıları iyunun 10-da Mosula yanacaq daşıyan 28 TIR və onların 32 sürücüsünü girov götürüb.

Girov saxlanılan sürücülərin yaxınları sürücülərin çalışdığı şirkəti İŞİD-in istədiyi məğləği verməməkdə ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm