Ukrayna hərbçiləri mühasirəyə düşdü – 6 yaralı
Bizi izləyin

Dünya

Ukrayna hərbçiləri mühasirəyə düşdü – 6 yaralı

Anti-terror əməliyyatlarında iştirak edən Ukrayna hərbçiləri Donbas vilayətinin İliçevka məntəqəsində mühasirəyə düşüblər.

Publika.az xəbər verir ki, bu barədə "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Timçuk öz Feysbuk səhifəsində məlumat yerləşdirib. Onun sözlərinə görə, minaya düşən Ukraynaya məxsus BTR partladıldıqdan sonra gülləbaran edilib. Hələ ki, iki nəfərin yaralandığı bildirilir.

Məlumatı yeniləyən Timçuk Slavyans və Krası Limanda blok-postlara atəş açıldığını (yerli vaxtla saat 18:00), Kramatorsk aeroportunun minamyot atəşinə tutulduğunu, üç tərəfdən gülləbaran edildiyini (19:20), hərbçilərdən birinin yaralandığını, terrorçuların isə itki vermədiyini qeyd edir.

“İnformasiya müqaviməti”nin son məlumatı isə 22:00-a aiddir. Timçuk qeyd edir ki, Luqans bölgəsində blok-post atəşə tutulub, 4 hərbçi ağır yaralanıb. Terrorçulara cavab atəşi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm