• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fəthullah Gülən 17 illik sükutu pozdu: “Bir gün peşman olacaqlar” - YENİLƏNDİ

  • Dünya
  • 28 Yanvar 2014 17:06
  • 2 280 Baxış
Fəthullah Gülən 17 illik sükutu pozdu: “Bir gün peşman olacaqlar” - YENİLƏNDİ

Fəthullah Gülən Xocaəfəndi İngiltərənin BBC televiziya kanalına müsahibə verib. F. Gülən kanalın müxbiri Güney Yıldızın Könüllülər (Hizmət) hərəkatı, kürd məsələsi, ələvilərlə əlaqə, “Mavi Mərmərə” və Prezident Abdullah Gülə göndərdiyi məktubla bağlı suallarını cavablandırıb.

-AKP hökuməti Könüllülər hərəkatı ilə əlaqəsi olan polis və prokurorlara qarşı bir təmizləmə əməliyyatı apardığını bildirir. Bu sizi narahat edirmi? Dövlət içərisindəki bu addımlar hərəkatınıza nə qədər zərər vurur?

- Hər yanlışlıq bizi narahat edə bilir. Ancaq sözügedən əməliyyata məruz qalan, vəzifələri və iş yerləri dəyişdirilən insanların hamısının camaatdan olduğunu demək düzgün deyil.

Zənnimcə həmin insanlar arasında sosial demokratlar, milliyətçilər, fanatik milliyətçilər də var. Bir də ki, bizim “əsla, zinhar bizə qarşı simpatiya duymayın, bizim hərəkatın içərisində görünməyin” deyə bir elan vermək kimi məsuliyyətimiz yoxdur.

Rəğbət bəsləyə bilərlər. Əvvəllər də dediyim kimi, bunların ora-bura sovurduğu insanların mində birini tanımıram. Bu şişirtmə deyil, əgər mübaliğə edirəmsə, Allah məndən bunun hesabını soruşar.

Əgər əksi olsa əlbəttə ki, ortaya çıxar. Prokuror, hakim, polis rəisi olan bu insanlar bir gün öz yerlərinə qayıtmaq istədiklərində hər halda köklərini ortaya qoyacaqlar. “Mən bu cür bir insanam, belə düşünürəm” deyəcəklər. O zaman biz utanmayacağıq, bəlkə başqaları utanacaq. Burada Türk atalar sözündə deyildiyi kimi, qurunun oduna yaş da yanır. Zənnimcə onlar da vicdanları ilə üz-üzə gəldikdə, özlərini hesaba çəkəcəklər.

“Onların hiss və düşüncələrinə görə, hərəkət etməmək bir cinayət sayılır”

-Könüllülər hərəkatının 50 illik tarixi ərzində yaşadığı ən çətin dövrün bu mərhələ olduğu fikri ilə razısınızmı? Keçmişdə Səid Nursinin tək parti dövründə yaşadıqları ilə hazırda baş verənlər arasında bənzərlik görürsünüzmü?

-Onların hiss və düşüncələrinə görə, hərəkət etməmək bir cinayət sayılır. Bu bizim qəbahətimiz ola bilər. Mən inanıram ki, bu yaşadıqlarımız Cənabi-Allahın bizə bir cəzasıdır. Siz Bədiüzzamandan bəhs etdiniz. O, bir yerdə belə deyir: “Mən bu günə kimi mənə yaşadılan çətinliklərin əsl hikmətini indi başa düşürəm. Mənim günahım Quran xidmətini maddi-mənəvi inkişafım üçün istifadə etməyim olub”. Halbuki, görülən hər bir iş Allah rizası üçün olmalı və ixlasla edilməlidir. Görülən hər bir iş insanlığa bir şey qazandırmalı və ya bəşəriyyət ondan bir şey qazanmalıdır.

Havada uçmaq, suda batmadan gəzə bilmək üçün özünü dinə, dəyanətə həsr edən insanı Allah cəzalandırar. Çünki, bu ixlasa uymayan, müxalif bir davranışdır.

Bir ayədə deyilir, “Sənə gələn hər yaxşılıq Allahdandır. Başına gələn hər pislik isə nəfsindəndir”. Bəlkə də Allah bizi dosdoğru bir yolda olduğumuzu, fədakar insanların yolu ilə getdiyimizi deməyimizə baxmayaraq bu yola könül vermiş insanlara layiq hərəkət etmədiyimiz üçün cəzalandırır. Ancaq bu aparılan “təmizlik” əməliyyatlarının düzgün olduğu mənasına gəlmir. Allah onlardan da bunların hesabını soruşar.

“Korrupsiyanın olduğu bir həqiqətdir… kimsə bunu dəyişdirə bilməz”

-Türkiyədəki korrupsiya əməliyyatı və bunun ətrafında yaşanan hadisələri necə dəyərləndirərdiniz?

-Haradan başlayım bilmirəm… Korrupsiyanın olduğu bir həqiqətdir. Bunu hər kəs qəbul edir. Xalqdan, oxunmuş insanlara, elitaya kimi hər kəs məsələnin əsl mahiyyətini görür və bilir. Bunu dəyişdirməyə heç kimin gücü çatmaz.

Ancaq camaata qarşı bir narahatlıq var idi. Əsas o işi görən hakim və prokurorlar sağa sola sovruldular.

O insanlar geri qayıtdıqları zaman köklərini ortaya qoyacaqlar. Bunların arasında milliyətçi insanlar da olacaq. Məsələn, onların bəzilərinin MHP-dən olduğu ortaya çıxacaq. Aralarında fanatik milliyətçilərin də olduğu bəlli olacaq.Ancaq məsələ böyüdülərək, “bu yerlərə nüfuz ediblər”, “hər yerə yayılıblar”, “alternativ, paralel dövlət” kimi ifadələrlə sürgünlərə məruz qalmış həmin insanların eyni hiss və düşüncəyə sahib olduqlarını iddia etdilər.

“Hərəkatı olduğundan, böyük göstərirlər”

Zənnimcə, biraz böyük göstərmək, biraz partiyaya bağlı insanları ayırmağa çalışmaq, hərəkata qarşı narahatlıqlarını, belə bir fürsət ortaya çıxdığında, istifadə etmək kimi bir şey oldu.

Bəlkə bir gün onlar da peşman olub ağlayacaq və peşmanlıqlarını dilə gətirəcəklər.

Daha əvvəllər başımıza gələn hadisələrdən dolayı bəlkə də yüzlərlə elektron məktub almışdıq. Məktublarda “Nə olar haqqınızı halal edin, sizə qarşı haqsızlıq etdik”, yazılmışdı.

Bu hərbi rejim dövründə də oldu. Bu hazırda olduğu kimi hər kəsi öz təsiri altına almaq istəyən insanlar tərəfindən də oldu.

Tarixi təkrarlar çərçivəsində belə şeylər həmişə oldu, xüsusilə də yaxın dövrdə.

Peşman olanlar olacaq, sözlərini təshih (düzəliş) etməyə çalışacaqlar, hazırda hadisələr buna doğru gedir. Bir də mediada tərəfdar olanlar var, hansılar ki, məsələləri yanlış istiqamətlərə yönəldirlər.

“Türkiyə də itirir”

1999-cu ildə mən yenə burada idim, o dövrün mediası eyni yanıltmalarla məşğul idi. Biz o dövrə “iyun fırtınası (haziran fırtınası)” deyirik. 7-8 illik bir məhkəmə prosesindən sonra bəraət aldıq. Apelyasiya məhkəməsi də qərarı təsdiqlədi.Bu məsələ ilə bağlı bir akademik kitab yazdı. Hətta mənim unutduğum bəzi nüansları o çox canlı bir şəkildə kitabda təsvir etdi. Deməyim ondadır ki, bu tip hadisələr həmişə olub. Bu da onlardan biri.

Görünür ki, bundan sonra yenə olacaq. Ancaq zənnimcə bu olanlar da Türkiyə də itirir. Bütün bunlar həm ABŞ-ın, həm də Avropa Birliyinin münasibətinə mənfi şəkildə öz təsirini göstərəcək.Çünki antidemokratik, hüquqa zidd işlər görülür. Hazırda bunu hamı deyir.Amma bu məsələ tez həll ola bilərmi? Hər şey yenidən qaydasına düşə bilərmi?

İnsaflı olmağa bağlı, bir az da narahatlığım səbəbilə bu mövzuda müdafiə qismində heç bir şey söyləmədim. Bu mövzuda heç nə deməməkdə də qərarlıyam.Bəzi dostlar sadəcə hüquqi yollar ilə düzəlişlər, təshihlər, təqziblər verirlər. Adları bu işdə hallananlar bunu edirlər, amma mən o mövzuda bir fikir bildirmədim, bir mülahizə dilə gətirmədim.Belə davranmağa davam edəcəyəm. Bəli bir şey deməyəcəyəm.

-Hərakatınızı “paralel bir dövlət” adlandıran təkcə Baş Nazir R. T. Ərdoğan deyil, bir çox başqa tərəflər də bu iddiaları dilə gətirirlər, onların sözlərinə görə, sizin təlimatınız olmadan korrupsiya əməliyyatları başlamayacaqdı.

-Bu mediada da yazıldı, özləri də bilirlər. 8-10 ay bundan əvvəl Baş Nazirin əmrində olan Milli Kəşfiyyat Təşkilatı (MİT) araşdırmaların aparıldığını, sözügedən təhqiqat barədə hökumət başçısına məlumat verib.İcazənizlə bir məsələni izah etmək istərdim.

Bir dostumuz ötən gün bizə başına gələn bir hadisəni danışdı: “Mən avtomobillə bir küçədə gedirdim, işıqforun qırmızı işığında dayandım. Sürətlə gələn bir polis maşını arxadan mənim avtomobilimi vurdu. Sonra polis hadisədə məni günahlandıraraq “Burada niyə dayanmısan ki, mən də gəlib səni vurdum?!”. Mən də ona dedim ki, “Qırmızı işıqda dayanmağı qadağan edən bir qanunun olduğunu bilmirdim, ona görə durmuşdum”. Bağışlayın deyəsən səhv etmişik””.

“Paralel dövlət” iddiası korrupsiyanı unutdurur”

Rüşvət, yeyinti, insanları qeyri-qanuni təqib etmək, tenderlərə saxtakarlıq qarışdırmaq bu günə kimi cinayət sayılırdı.İddialara görə, “paralel dövlət” adlandırdıqları bir quruluş prokuror və polislərə təlimat verib ki, siz filankəslərin üzərinə gedin, onları tutun.Sanki, onlar da sadaladığım qeyri-qanuni əməllərin artıq cinayət olmamasından xəbərsiz olduqları üçün bu addımları atıblar.

Həmin cinayətlər normal, adi hal kimi göstərilməyə çalışılır. Korrupsiyadan, rüşvətdən, tenderlərdə baş verən saxtakarlıqdan daha çox “paralel dövlət” iddiası üzərində dayanılır.

“Gətirdikləri insanları göndərdilər, bunları da göndərərlər”

Məndən əmr almaları mümkün deyil. Türkiyədə hansı yerdə, şəhərdə belə bir hadisə ortaya çıxdısa dərhal polisə, prokurora, hakimə təzyiqlər edilməyə başlandı.Onları başqa yerlərə atdılar. Daha əvvəllər də belə şeylər yaşanmışdı. Zənnimcə onların yerlərinə gətirdikləri insanlar da bir gün bir şey etsə, onları da göndərəcəklər. Çox qarmaşıq bir vəziyyət alınıb.Bu məsələnin mənimlə heç bir əlaqəsi yoxdur. Bayaq dediyim kimi, mən təhqiqatları aparan insanların mində birini belə tanımıram. Bunu çox rahat deyirəm.

“Peşmanlıq duymaram. Qədəri də tənqid etmərəm”

-Tez-tez hərəkatınızı siyasətdən uzaq tutmaq istədiyinizi bildirirsiniz. Hərəkatın siyasi mübahisələrin hədəfinə çevrildiyi bir zamanda peşmanlıq duyduğunuz bir hal və ya hərəkət olubmu?

-Peşmanlıq duymaram. Qədəri də tənqid etmərəm. Onu tənqid edəcək şeylər ağlıma gələndə tövbə edirəm.Bir az əvvəl dediyim kimi, Rəbbimizlə münasibətlərimizi tam tuta bilmədiyimiz üçün Allah başqalarının əli ilə bizi cəzalandırır.

Hədis olduğu ehtimal olunan bir söz var: “Zalım Allahın qılıncıdır. Allah onunla intiqam alır sonra dönüb ondan da intiqam alır”.

Peşmanlıq deyil, amma bu vasitə ilə özümüzlə üzləşirik, özümüzü hesaba çəkirik. Həzrəti Ömərin bir sözü var: “Hesab günü gəlmədən, özünüzlə üzləşin, hesablaşın”. Məsələyə bir az belə baxıram. Bu dostlarımızın gördükləri hər işin tam qüsursuz olduğu mənasına gəlmir.

-Uzun zaman AKP iqtidarında bir çox sahələrdə dəstəklədiniz. Ancaq kürd məsələsi və “Mavi Mərmərə” hadisələrindən sonra İsraillə münasibətlərə görə AKP ilə yollarınızı ayırdığınız iddia edilir.

-Heç bir siyasi partiya ilə heç vaxt eyni cizgidə olmadıq. Hansı partiya olursa olsun, bu MHP, CHP, AKP, DYP və ya ANAP ola bilər, bunlardan ikisi bu gün yoxdur deyəsən. Biz həmişə siyasi partiyaların düzgün və uğurlu işlərini dəstəkləməyi insani bir vəzifə olaraq qəbul etmişik. Mən referendumda bu günə kimi heç demədiyim bir şeyi dedim. “Bu demokratik bir prosesdir. Demokratik bir referandumdur. Bu mövzuda hamı “Hə” deməlidir.”

“Demokratik dəstəyə qarşı qiyamət qopartdılar”

O hakimlər şurası, HSYK dekoratik bir çərçivədə formalaşmalıdır. Mən bunu təkcə bu gün burada demirəm. 20 il bundan əvvəl demokratiya geriyə dönüşü olmayan bir prosesdir dediyimdə indi əleyhimdə yazanlar o zamanlar da qiyamət qopartmışdılar. “Bu nə deməkdi, müsəlmanlığın demokratiya ilə nə əlaqəsi var?”, demişdilər. Sonralar onlar özləri həmin məsələdən yazdılar və daha irəliyə getdilər.Bu onlarla eyni cizgini paylaşmaq mənasına gəlmir. Ancaq əgər onların hüquq, demokratiya, millətə xidmət, ətrafları ilə xoş münasibət baxımından müsbət tərəfləri varsa, biz bu nüanslarda müştərək görünə bilərik.

Səsvermədən başqa bizim heç bir siyasi partiya ilə əlaqəmiz yoxdur. Şəxsi simpatiyaları çərçivəsində bir- iki insan həmin partiyaya girə bilər. Əslində bir çox insan bu partiyaya yönləndirilə bilərdi və bu gün onlar oranın onurğasını təşkil edərdilər. O zaman oradan çox fərqli səslər çıxardı. Amma elə bir arzumuz olmadı.

“Kürd məsələsinə biz onlardan əvvəl dəstək verdik”

Bu kürd məsələsində, prosesə biz onlardan əvvəl dəstək verdik. Bizim gördüyümüz sadəcə bir təşviqdir, təşviqdən ibarətdir.Onlara bu mövzuda bir sıra sənədlər də təqdim etdim. Yəni ora, o bölgəyə təhsil, səhiyyə, ilahiyyat, məscidlərin imamları, müəzzinləri, hüquq-mühafizə orqanları baxımından sahib çıxmaq lazımdır.Sahib çıxılmasa, orada qəddarlığa məruz qalmış insanlar məsələni böyüdərək nifrətlərini gələcək nəsillərə ötürürlər. Ancaq təkliflərimiz diqqətə alınmadı.Belə də on ildən çox olar, biz bu mövzudakı təkliflərimizi onlardan əvvəl təqdim etdik. Onlar bu mövzuda bir şey etmədilər. Amma dostlarımız, yoldaşlarımızın, bizə rəğbət duyan insanların sayəsində həmin bölgədə məktəblər, oxuma salonları açıldı. Bir növü gənclərin dağa çıxmasının qarşısı təhsillə alınmağa çalışıldı. Bu işlər görüldü.

Ancaq nədənsə bütün bu fəaliyyət qaralandı və prosesin əleyhinə kimi göstərildi. Qətiyyən, əsla. Məsələyə münasibət çox fərqli idi. Əslində bizim məqsədimiz problemi təhsillə, ittifaqı, birliyi təmin etməklə həll etmək idi. Eyni zamanda həmin bölgəyə investisiyalar yatırmaqla yoxsulluğu aradan qaldırmaq niyyətində olmuşuq.

Bütün bunlar sadəcə Türkiyədə deyil, Şimali İraqda da oldu. Mən ora getməsəm, görməsəm də orada görülən işlər dillərə dastan olacaq mahiyyətdədir.Bizim əsas fəlsəfəmiz, Həzrəti Mövlanə kimi bir ayağımız işin mərkəzində, şəxsi fikir dünyamızda, məfkurəmizdə, qayeyi-xəyalımızda, digəri isə bütün bəşəriyyətə sevgi ilə açılmaqdadır.

Məni yaxından tanıyanlar bilirlər. Daha sonralar dövlət o işə sahib çıxdı amma… Türkiyədə sağa- sola sovrulmuş, atılmış etnik və dini azlıqlarla dəfələrlə bir araya gəldik, onlara eyni süfrədə, eyni qaba qaşıq vurduq. Cənabi-Haqqın lütfu ilə onların qapısını ilk çalan bizim dostlarımız, yoldaşlarımız oldu.

“İsraili millətimizdən üstün tutmuruq”

Bəzən bizim haqqımızda “İsrail ilə müştərəklik”, “Yaxın Şərq layihəsinin bir parçası” kimi iddialar irəli sürürlər. Ola bilsin ki, bəzi yəhudi din adamları ilə görüşmələrimizi nəzərdə tuturlar.Hərəkatın ölkə xaricində gördüyü işləri təqdirlə qarşılayan, hətta buradakı bəzi problemləri həll etməyə çalışan insanlar var. Onlar da gördükləri bu işləri biraz insani dəyərlərə bağlı olaraq etdilər.

Bu qədər münasibət var. Buna da kimsənin bir şey deməyə haqqı yoxdur, zənnedirəm.

İsrail tərəfdaşı kimi göstərmə, tamamilə onları öz millətimizdən üstün tutma iddiaları boşdur. Bir insan olaraq onları da qəbul etmə, İnsanlığın İftixarı Peyğəmbərimizin etdiyi kimi, ayrı məsələdir.

“Mavi Mərmərə” açıqlaması

Ancaq məsələni “Mavi Mərmərə” ilə əlaqələndirirlər. O zamanlar məsələ ilə bağlı mənə bir-iki sual verdilər, “Bunu necə görürsünüz?”. Mən dedim ki, “Kaş diplomatiya sona kimi istifadə edilsəydi, işin üzərinə zor gücü ilə gedilməsəydi. Bunlar müxtəlif problemlərə, sosial problemlərə, fəsadlara səbəbiyyət verir”.Bu cavabımı qəzetdə necə manşet oldu bilmirəm. O Türkiyədə fərqli şəkildə dəyərləndirildi. Sanki digər tərəfdə yer alıram və öz insanıma qarşı mövqe sərgiliyirəm...

Ancaq əslində mən bu tip problemlərə rəvac verməməyin yollarını ərz etmişdim.Bu gün də olsa eyni şeyləri deyərəm. Məncə diplomatiya sona kimə istifadə olunmalıdır. Qan tökməyə, insanları cəbhəyə yeritmək kimi addımlardan qaçmaq lazımdır. Bu mənim mülahizəmdi. Hər halda o əlaqəni və iltisaqini bir az da həmin mülahizəmlə əlaqələndirirlər.

2014-01-27 11:06:38

ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülən 17 illik fasilədən sonra ilk televiziya müsahibəsini BBC-yə verdi.

Publika.Az –ın verdiyi xəbərə görə, Gülən “sui-istifadə və rüşvət əməliyyatı”, kürd məsələsi, şiələrlə əlaqələr, “Mavi Mərmərə” və Türkiyə prezidenti Abdullah Gülə göndərdiyi məktubla bağlı sualları cavablandırıb.

F.Gülən kürd probleminin həlli üçün Abdullah Öcalanla, ya da “dağdakılarla” müzakirəyə qarşı olmadığını ifadə edib. 17 Dekabr hadisələri ilə bağlı Türkiyə hökumətinin “paralel dövlət” iddialarına gəlincə, dini lideri “sui-istifadə olduğuna dair şübhə yoxdur. Kimsənin bunu dəyişdirməyə gücü çatmaz. Bunu hər kəs qəbul edir. Xalqdan oxumuş insanlara, elitaya qədər hər kəs məsələnin mahiyyətini bilir”, - dini lider söyləyib.

F.Gülən “paralel dövlət” ifadəsinin sui-istifadəni unutdurduğunu deyib. O, camaatın da olduğundan böyük göstərildiyini dilə gətirib. Gülən qarşı tərəfin bir gün peşmanlıqlarını ifadə edə biləcəyini söyləyib:“Daha əvvəllər də başımıza gələn hadisələrə görə, bəlkə yüz dəfə insan elektron poçta “nə olar haqqınızı halal edin, sizə qarşı haqsızlıq etdik” dedilər. Peşman olanlar olacaq. Baş verənlərdən Türkiyə itirir. Bütün bunlar ABŞ və Avropanın baxışında mənfi şəkildə əks olunacaq. Çünki antidemokratik, hüquqa zidd şeylər edilir”, - o, söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR