Poroşenko atəşkəsi dayandırdı
Bizi izləyin

Dünya

Poroşenko atəşkəsi dayandırdı

Ukrayna prezidenti elan olunan atəşkəsi davam etməmək qərarı verib. Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında bildirilib.

“Ukrayna prezidenti Donbasda atəşkəs rejimini dayandırır” deyə yayılan məlumatda qeyd edilir.

“Biz hücum edib torpaqlarımızı azad edəcəyik. Atəşkəsin uzadılmaması bizim terroristlər, üsyançılar, soyğunçulara cavabımızdır", deyə Poroshenko bildirib.

Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri, milli qvardiya, Dövlət Sərhəd və Təhlükəsizlik xidmətləri "müvafiq əmrlər alıb".

"Ərazi bütövlüyünü müdafiə etmək vəzifəsi daxilində onlar atəşkəs rejimi ilə artıq məhdudlanmırlar", deyə prezidentin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm