2 ton kokain daşıyan gəmi ələ keçib
Bizi izləyin

Dünya

2 ton kokain daşıyan gəmi ələ keçib

Kosta-Rika hüquq mühafizə orqanları ölkənin sakit okean sahillərində göyərtəsində 2 ton kokain olan qayıq ələ keçiriblər.

Publika.az-ın məlumatına görə, ölkənin asayiş naziri Selso Qamboanın bildirdiyinə görə narkotik qaçaqmalçılarının ələ keçirilməsi üçün baş tutmuş xüsusi əməliyyat uğurlu olub.

Məlumatda bildirilir ki, qayıq Kosta-Rika sahillərindən 500 km aralıda yerləşən İsla-del-Koko adası ərazisində saxlanılıb. Qanunsuz yükün ələ keçirilməsi ABŞ sahil mühafizəçilərinin dəstəyi ilə mümkün olub. Gəminin 4 nəfərlik ekipajı həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm