Kiyevə kimyəvi tələ hazırlanır
Bizi izləyin

Dünya

Kiyevə kimyəvi tələ hazırlanır

Ukrayna ordusu Slavyansk ətrafında kimyəvi silahdan istifadə edib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, belə bir iddia ilə separatçılar çıxış edib.

Bir insanın zərər çəkdiyi bildirilir. Xəbərdə deyilir ki, bu son iki gün ərzində baş verən ikinci hadisədir. Bundan əvvəl Slavyansk rayonun Semyonovka qəsəbəsində naməlum kimyəvi silahın tətbiq edildiyi iddia olunur.

Haaqada yerləşən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı (KSQT) Rusiyanın nümayəndəsi Roman Kolodkin sözügedən faktların araşdırılması üçün ölkəsinin quruma müraciətini istisna etməyib. Ancaq o, bunun üçün əsasların kifayət etmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm