Ukrayna ordusu aktiv əməliyyatlara başladı
Bizi izləyin

Dünya

Ukrayna ordusu aktiv əməliyyatlara başladı

Atəşkəs rejiminin dayandırılması haqqında Ukrayna prezidenti Pyotr Poroşenkonun qərarından sonra Ukrayna ordusu hərəkətə keçib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, antiterror gücləri Donetsk və Luqansk vilayətlərində terror qruplarının məhv edilməsi üzrə aktiv əməliyyatlara başlayıb.

Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində terrorçuların dayaq məntəqələrinə aviasiya və artilleriya zərbələrinin endiriləcəyini yazıb.

Xatırladaq ki, Ukrayna prezidenti 20 iyun tarixində bir həftəlik atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş vermiş və sülh planını təqdim etmişdi. 27 iyunda isə atəşkəs rejimi daha 72 saat uzadılmışdı.

Lakin bu müddət ərzində terrorçu qrupların hücumları davam edib. Rəsmi məlumata görə, 10 gün ərzində terrorçular Ukrayna ordusuna 108 dəfə hücüm edib, 27 hərbçi ilə həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm