Jurnalistlər terrorçular tərəfindən əsir götürülüb
Bizi izləyin

Dünya

Jurnalistlər terrorçular tərəfindən əsir götürülüb

Ukraynanın “Hromadske TV” internet televiziyasının operatoru və muxbiri əsir götürülüb.

Publika.az-ın unina.net saytına istinadən verdiyi məlumata görə, telekanal əməkdaşları hazırda “Luqansk Xalq Respublikası” döyüşçülərinin əlindədir.

Hadisə ilə bağlı “Luqansk Xalq Respublikası” nümayəndələri tərəfindən rəsmi bəyanat verilməyib. Təsdiq edilməmiş məlumatlara görə, jurnalistlər vəzifələrini yerinə yetirərkən qanunsuz saxlanılıb və hazırda Luqansk şəhər mərkəzində yerləşən binalardan birinin zirzəmisindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm