ABŞ İraqa əlavə 300 hərbçi və texnika göndərdi
Bizi izləyin

Dünya

ABŞ İraqa əlavə 300 hərbçi və texnika göndərdi

ABŞ Bağdad aeroportunu qorumaq üçün İraqa əlavə 300 hərbçi göndərib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, amerikalılar paytaxtın müdafiəsi üçün həmçinin bir neçə vertolyot və pilotsuz təyyarə göndərib.

Pentaqon bəyan edib ki, bu, İŞİD-ə hava zərbələrinin endirilməsi üçün hazırlıq deyil, İraqda olan Amerika vətəndaşlarının və dinc əhalinin müdafiəsi üçün görülən tədbirdir.

İraqla bağlı başqa bir xəbərdə deyilir ki, bu gün İraq parlamenti yeni tərkibdə ilk iclasını keçirəcək. Müzakirələrdə baş nazir Nuri Malikinin istefa məsələsinin gündəmə gətiriləcəyi deyilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm