Etiraf: “Ermənistanın bunun üçün iradəsi və cəsarəti çatmır”
Bizi izləyin

Dünya

Etiraf: “Ermənistanın bunun üçün iradəsi və cəsarəti çatmır”

“Həm də ona görə ki, Ermənistanın iradəsi və cəsarəti çatmır. Ermənistanı heç bir siyasi ümumilik və iqtisadi potensialın olmadığı ittifaqa çəkirlər”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri erməni ekspert Gömrük Şurası üzvləri arasında yaranan son qarşıdurmanı şərh edərkən deyib.

Xəbər verildiyi kimi, Ukrayna məhsullarına qarşı idxal məhdudiyyətlərinin tətbiq edilməsi barədə Moskvanın təklif etdiyi qətnamə Gömrük Şurasındakı partnyorları olan Belarus və Qazaxıstanın dəstəyini ala bilməyib. Moskva isə Gömrük Şurasının qaydalarına uyğun olaraq Rusiya birtərəfli qaydada hərəkət etmək hüququna malikdir.

Belarus da qətnaməni dəstəkləməkdən imtina etdiyini təsdiqləyib. Belarus baş nazirin müavini Sergey Rumas ölkəsinin qətnaməyə qarşı kəskin şəkildə çıxdığını bildirib. “Gömrük Şurasının iqtisadiyyatı üçün təhlükədən danışmaq hələlik mümkün deyil. Deməli, belə qərarların təcili şəkildə qəbuluna ehtiyac yoxdur”, - belaruslu rəsmi vurğulayıb.

Erməni ekspert A.Badalyan Qazaxıstan və Belarusun bununla növbəti milyardları qopartmağa çalışdığını iddia edib.

O, Gömrük Şurasının üç ölkəsinin Ukrayna barəsində razılaşa və Ukraynanın imzaladığı assosiativ sazişin yarada biləcəyi riskləri qiymətləndirə bilmədiyini qeyd edir.

Ermənistanın bu prosesdə iştirak etmədiyini bildirən A.Badalyanın fikrincə, bu yalnız Ermənistanın Gömrük Şurasına üzv olmaması ilə bağlı deyil: “Həm də ona görə ki, Ermənistanın iradəsi və cəsarəti çatmır. Ermənistanı heç bir siyasi ümumilik və iqtisadi potensialın olmadığı ittifaqa çəkirlər. Ukrayna barədə məsələdə Belarus və Qazaxıstanın Moskvaya rədd cavabı belə bir potensialın olmamasının göstəricisidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm