Döyüşlər Rusiya-Ukrayna sərhədinə keçdi
Bizi izləyin

Dünya

Döyüşlər Rusiya-Ukrayna sərhədinə keçdi

Ukrayna Milli Qvardiyası Rusiya ilə sərhəddə terrorçulara hücum edib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlər hazırda “İzvarino” və “Krasnopartizansk” sərhəd nəzarət-buraxılış məntəqələri yaxınlığında gedir.

Məlumatda deyilir ki, döyüş yerli vaxtla saat 9:00 radələrində başlayıb. Rusiya sərhədçiləri və gömrük işçilərinin təhlükəsiz əraziyə çəkildiyi deyilir.

“RİA-Novosti” nəzarət-buraxılış məntəqələrinin bağlandığını, bundan əvvəl isə ərazidə olan bütün ukraynalı qaçqınların Rusiya ərazisinə buraxıldığını bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən Ukrayna prezidenti Pyotr Poroşenkoya “Doljanskoye”, “İzvarino” və “Krasnopartizansk” sərhəd nəzarət-buraxılış məntəqələrinin Rusiya hissəsində ATƏT və Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndələrini yerləşdirməyi təklif edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin arasında aparılmış telefon danışığını şərh edərkən bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm