Kiyev ölkənin şərqində iri hərbi güc toplayır
Bizi izləyin

Dünya

Kiyev ölkənin şərqində iri hərbi güc toplayır

Ukrayna ordusu Donetsk vilayətində böyük hərbi güc toplayır.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” bildirib.

“Müdafiə naziri” Fyodor Beryozin ağır artilleriya və zirehli texnikanının “Donetsk Xalq Respublikası”na gətirildiyini deyib: “Şəhərə rəqibin böyük gücləri, həmçinin ağır artilleriya və zirehli texnika toplanır. Hazırda şəhərin ətrafında ciddi döyüşlər getmir, lokal əməliyyatlar aparılır. Amma Ukrayna ordusu aviasiya kəşfiyyatını gücləndirib”.

Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov da bu gün parlamentdə etdiyi çıxışında Ukraynanın şərqində hərbi əməliyyatların aktiv mərhələsinin başlandığını təsdiqləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm