Referendum keçiriləcək - Kürdüstan yaradılır
Bizi izləyin

Dünya

Referendum keçiriləcək - Kürdüstan yaradılır

Məsud Bərzani Kərkük və digər problemli bölgələrdə İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən referendum keçiriləcəyini açıqlayıb.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin (İKRR) lideri Məsud Bərzani peşmərgələrin nəzarətdə saxladığı bölgələrdə referendum keçiriləcəyini bildirib. Bərzani “İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, Kərkük və digər problemli bölgələrdə açıq və şəffaf bir referendum keçirəcəyik” deyib.

Məsud həmçinin BMT təmsilçisini də bu referendumu izləməsi üçün İraqa dəvət edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm