Moskvanın Ermənistandan növbəti güc nümayişi
Bizi izləyin

Dünya

Moskvanın Ermənistandan növbəti güc nümayişi

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında genişmiqyaslı komanda-ştab təlimləri başlayıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, təlimlər həftə sonuna kimi davam edəcək.

Təlimlərə 600 hərbi qulluqçu, həmçinin tanklar, piyada döyüş maşınları, zirehli avtomobillər və artilleriya qurğuları olmaqla 200-dən çox hərbi texnika cəlb edilib. Təlimlərdə “BUK-М1-2” və “С-300В” kimi hava hücumundan müdafiə sistemləri və “MİQ-29” hərbi təyyarələrindən istifadə olunacaq.

“Belə tədbirlər Rusiya hərbi qulluqçularının bütün kateqoriyalarının hazırlığı məqsədi ilə ildə iki dəfə keçirilir”, - Rusiya Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm