Kiyev strategiyasını açıqladı: “Hədəf eyni, metodlar isə dəyişib”
Bizi izləyin

Dünya

Kiyev strategiyasını açıqladı: “Hədəf eyni, metodlar isə dəyişib”

“Ölkənin şərqində sülhün təmin olunması prezidentin əsas hədəfi olaraq qalır. Amma hazırda sülhün bərpası metodları dəyişir”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynada vəziyyətin nizamlanması üzrə Ukrayna prezidentinin səlahiyyətli nümayəndəsi İrina Qeraşenko deyib.

O qeyd edib ki, prezident ordu qüvvələrinə terrorçuların zərərsizləşdirilməsi barədə göstəriş verib.

Ukrayna Milli Təhlükəsizlik Şurası və Mudafiə Nazirliyinin informasiya mərkəzinin mətbuat katibi Andrey Lısenko isə mətbuata açıqlamasında bildirib ki, çoxdandır danışılan “B” planı hərbi əməliyyatların bərpa edilməsidir.

Qeyd edək ki, döyüşlər hazırda Donetsk vilayətində daha şiddətli xarakter alıb. ”Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” Fyodor Beryozin ağır artilleriya və zirehli texnika da daxil olmaqla iri hərbi qüvvələrin vilayət ərazisində toplandığını deyib.

“RİA-Novosti” xəbər agentliyi isə Rusiya-Ukrayna sərhədində yerləşən “İzvarino” və “Krasnopartizansk” sərhəd nəzarət-buraxılış məntəqələri yaxınlığında döyüşlərin getdiyini xəbər verib.

Ukraynanın Donetsk vilayətində Karlovka qəsəbəsi yaxınlığında hazırda tank döyüşünün getdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm