Köçəryan yenidən prezident ola bilər
Bizi izləyin

Dünya

Köçəryan yenidən prezident ola bilər

Robert Köçəryan yenidən hakimiyyətə gələ bilər.

Publika .az Lragir.am saytına istinadən bildirir ki, bu haqda erməni hüquq müdafiəçisi Artur Sakunç danışıb. O bildirib ki, Köçəryanın yenidən hakimiyyətə gəlməsi üçün münbit şərait yaranıb. Bu səbəbdən eks-prezident xeyli fəallaşıb.

Hüquq müdafiçəsinin sözlərinə görə, Sərkisyan zəif və qətiyyətsiz addımları ilə Kremlin gözündən düşüb. Ermənistanda rus general-qubernatoru vəzifəsinə ən uyğun namizəd isə Robert Köçəryandır: “Rusiya Azərbaycanı Gömrük İttifaqına daxil etmək istəyir. Başlıca problem isə Qarabağ problemidir. Problem həll olunmalıdır. Bakının şərti budur. Köçəryan yeni şərtləri qəbul etməyə hazırdırmı? Düşünürəm ki, hazırdır”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm