Ali Rada Poroşenko qarşısında tələblə çıxış etdi
Bizi izləyin

Dünya

Ali Rada Poroşenko qarşısında tələblə çıxış etdi

Ukraynanın Ali Radasının parlament koalisiyası növbəti dəfə prezidenti Pyotr Poroşenkodan ölkənin şərqində hərbi vəziyyətin tətbiq edilməsini təklif edib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu tələbi ilk olaraq “Azadlıq” Partiyasının müəllifi Oleq Tyaqnibok irəli sürüb.

Daha sonra onu “Batkivşina” fraksiyasının rəhbəri Sergey Sobolev və “Suveren Avropa Ukraynası” deputat qrupunun lideri Vladimir Litvin dəstəkləyib. Ali Radanın sədri Aleksandr Turçinov məsələnin təcili şəkildə müzakirəyə çıxarılmasını istisna etməyib.

Ukrayna deputatları ilk dəfə deyil ki, ölkənin şərqində hərbi vəziyyətin tətbiqi məsələsini qaldırırlar. İyun ayının əvvəlində Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinov belə bir ssenarinin inkişafını mümkün hesab etmişdi. O, Ukrayna Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyinə məsələyə baxmağı tapşırmışdı. Ancaq qəti qərarın verilməsi prezidentin inaqurasiyasına qədər təxirə salınmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm