Terrorçu qruplar təslim olmağa başlayıb
Bizi izləyin

Dünya

Terrorçu qruplar təslim olmağa başlayıb

Atəşkəs rejiminin başa çatması və Ukrayna ordusunun irimiqyaslı hərbi əməliyyatlara başlaması terrorçuları çətin vəziyyətə salıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, terrorçu qruplar antiterror güclərindən onların hərbi əməliyyatlar zonasından çıxması üçün dəhliz yaratmağı xahiş edib.

“Hazırda terrorçu qruplarla danışıqlar aparılır. Onlar hərbi əməliyyatlar zonasından çıxmaq istəyirlər. Onların sayı hələlik məlum deyil”, - antiterror güclərinin mətbuat mərkəzinin nümayəndəsi Aleksey Dmitraşkovski deyib.

O həmçinin düşmənin strateji obyektlərinə aviasiya zərbələrinin endiriləcəyini bildirib. A.Dmitraşkovski terrorçu qrupların Ukrayna ordusu tərəfinə keçməyə başladığını qeyd edib.

“Terrorçular anladılar ki, Ukrayna ordusuna müqavimət göstərməyin mənası yoxdur. Hazırda danışıqlar gedir və antiterror güclərinin tərəfinə terrorçuların böyük qrupunun keçməsi gözlənilir, - A.Dmitraşkovski dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm