“Ərdoğan”ın pirat loqosu
Bizi izləyin

Dünya

“Ərdoğan”ın pirat loqosu

Hakim partiyanın prezidentliyə namizədliyinə aid seçki loqosu açıqlandığı andan etibarən sosial şəbəkələr müzakirə mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, AKP-nin prezident seçkisinə namizədi R.T.Ərdoğanın ağ və qırmızı rəngdə olan loqosunda “Ərdoğan” yazısı mavi rəngdədir. Loqonun mənasının “tunelin sonundakı işıq” anlamına gəldiyi məlum olub.

Ərdoğanın loqosunun yayımlanmasından sonra Obamanın vaxtilə istifadə etdiyi seçki loqosu sosial şəbəkələrdə paylaşılıb.

“Tvitter”dəki bir çox istifadəçi Ərdoğanın prezident seçkisi üçün hazırlanan loqonun ABŞ prezidenti Barak Obamanın 2008-ci ildə istifadə etdiyi loqoya çox oxşadığını iddia edir.

2008-ci ildə prezident seçkisinə bu loqo ilə qatılan Obama daha sonra, 2012-ci ildəki seçkidə də ondan istifadə edib.

Obamanın seçki loqosunu hazırlayan Sol Sender isə onun “ümid” anlamına gəldiyini bildirmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm