Mümkün müharibə: Rusiyanı məhv edəcək 5(+1) silah
Bizi izləyin

Dünya

Mümkün müharibə: Rusiyanı məhv edəcək 5(+1) silah

Bir müddət əvvəl ABŞ-ın “The National Interest” qəzetində Kayl Mikokaminin imzası ilə “Çinin ABŞ-ı qorxudan beş silahı” başlıqlı yazısı dərc olunmuşdu. Yazıda birdirilirdi ki, “DF-21D”gəmi əleyhinə ballistik raket, anti-peyk silahı, “Layihə 071: Universal desant gəmiləri”, kiber hücumları və “J-20” qırıcısı mümkün bir müharibə olacağı halda ABŞ-ı qorxutmalıdır.

“The National Interest” qəzetində dərc olunan son yazılardan biri isə Maykl Pekin “Rusiyanın qorxmalı olduğu NATO-nun beş silah növü” adlanır.

“Əgər vəziyyət nəzarətdən çıxarsa, Moskva narahat olmalıdır. Ukraynaya görə, NATO və Rusiya arasında potensial müharibədən söhbət gedirsə, ilk növbədə ABŞ və Rusiyanın hərbi potensialına diqqət yetirmək lazımdır. Amma Birləşmiş Ştatlar NATO-nun yalnız bir üzvüdür və ölkə hətta Avropa qitəsində deyil. Əgər NATO Rusiya ilə müharibəyə başlayarsa, şübhəsiz ki, Avropa orduları Amerika qoşunları ilə çiyin-çiyinə hərbi əməliyyatlara başlayacaq”, - Maykl Pek yazır.

Yazı müəllifi bildirir ki, əgər belə bir ssenari olacaqsa, beş silah növü Rusiyanı qorxutmalıdır. Həmin silahlar aşağıdakılardır.

Böyuk Britaniyanın “Challenger 2” tankı

Əgər Britaniya Rusiya ilə Avropa müharibəsinə ağır zirehli texnikasını cəlb edərsə, “Challenger 2” tankı tank qoşunlarının əsasını təşkil edəcək.

“Challenger 2” güclü zirehli müdafiəyə və 120 millimetrlik topa malikdir. Amma nəzərə almaq lazımdır ki, dünyanın ən müasir tankları bir-biri ilə 30 ildən çoxdur ki, vuruşmur. Rusiya tankları ilə toqquşmada “Challenger 2”nin özünü necə aparacağı da tam olaraq bilinmir. 63 ton çəkiyə malik olan “Challenger 2” Rusiyanın ordusunun silahlanmasına daxil olan “T-72”, “T-72B3” və “T-90” tanklarından ağırdır.

Amma həmişəki kimi, Britaniya ordusunun əsas düşməni onun büdcəsidir. Büdcə ixtisarları Britaniyanı 2010-cu ildə tankların sayını 40 faiz azaltmağa məcbur edib. Rusiya tankları ilə qəzəbli və öldürücü Britaniya tankları qarşılaşa bilər, amma onların sayı çox olmayacaq.

“Layihə 212” alman sualtı gəmisi”

Müharibə olacağı halda, Rusiya flotu çətin ki, “Layihə 212” alman sualtı gəmisi ilə qarşılaşmaq istəsin. Sualtı gəmilər “IDAS” raketləri ilə təchiz edilib. Raketlərin işə salınması torpeda aparatlarından həyata keçirilir. Raket hava, yerüstü və dəniz hədəfləri ilə mübarizə üçün nəzərdə tutulub.

“Eurofighter Typhoon” qırıcısı

“Eurofighter Typhoon” dünyanın ən güclü qırıcı təyyarələrindən biri hesab edilir. “Typhoon” qırıcıları Almaniya və Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin silahlanmasına daxildir. Qırıcı 27 millimetrlik topa və müxtəlif raketlərin tam dəstinə malikdir. Bir sözlə, “Typhoon” hava döyüşü üçün “Sidewinder”, “AMRAAM” və “Meteor”, “Taurus” və “Storm Shadow” raketləri ilə təhciz edilib.

“Tiger” zərbə vertolyotu

“Tiger” Amerika və Britaniyanın “AH-64” vertolyotları ilə müqayisədə daha yığcam və iki dəfə yüngüldür. “Tiger” 1991-ci ildə silahlanmaya daxil olmuş Fransa-Almaniya birgə istehsalı olan zərbə vertolyotudur. Fransa, Almaniya, İtaliya, həmçinin Avstraliya “Tiger”lərdən istifadə edir.

Vertolyotun sürəti saatda təxminən 290 kilometr təşkil edir və müxtəlif modifikasiyaları “Hellfire”, “Spike”, “PARS 3” və “HOT 3” tank əlehinə raketlərlə, həmçinin “hava-hava” və “hava-yer” sinfinə aid olan idarə edilməyən raketlərilə təhciz edilib.

“Tiger”dən Əfqanıstan və Liviyada həyata keçirilən hərbi əməliyyatlarda iştifadə olunub. Əgər NATO və Rusiyanın arasında müharibə başlanarsa, “Tiger” Rusiya tanklarını məhv edəcək.

İsrailin “Spike” raketi

Sual oluna bilər ki, İsrail silahı niyə NATO-nun öldürücü silahları siyahısına daxil edilib? Çünki, “Spike” Şimali Atlantika ittifaqının əksər üzvlərinin silahlanmasına daxildir. Bunlar Belçika, Britaniya, Xorvatiya, Almaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya, Sloveniya və İspaniyadır.

14 kiloqramlıq “Spike” tank əlehinə raketdir. “Spike” raketləri kiçik, orta, uzun və artırılmış məsafəyə uçuşu olan müxtəlif modifikasiyalara malikdir. Ümumilikdə, raket 8000 min metrə qədər məsafədə olan hədəfləri vura bilir.

Yuxarıda adı çəkilən beş silah növündən başaq Rusiya üçün qorxulu görünən daha bir silahın adı çəkilir. Beynəlxalq Münasibətlər Mərkəzinin elmi işçisi, hərbi məsələlər üzrə mütəxəssi Robert Spoldinq hesab edir ki, bu “F-22” qırıcılarıdır. O, daha əvvəllər Missuri ştatında yerləşən “Uaytmen” təyyarə bazasında 509-cu bombardmançı alayının komandir müavini olub.

Robert Spoldinq ABŞ-ın məxfi silahının Rusiyanı dayandırmaq üçün kifayət edəcəyini bildirir: “Şübhəsiz ki, Qərbi Avropa və Amerika Birləşdirilmiş Ştatlari Rusiya ilə hərbi münaqişəyə cəhd etmir. Ancaq biz Ukraynanı dəstəkləməsək, bu rusları yalnız vəziyyəti kəskinləşdirməyə həvəsləndirəcək. Krım ehtimal ki, itirilmişdir. Yaxın illərdə isə Rusiyada hakimiyyətində dəyişiklik olmayacaq. Ukrayna üçün vaxt udmaq məqsədilə hərbi alətlərə müraciət etmək lazımdır. Xüsusilə “F-22” qırıcılarının müdafiə zonasında yerləşdirilməsi mümkün variantlardan biridir. Amerika həmçinin diplomatik addımların effektiv olması üçün Ukrayna səmasını hücumlardan müdafiə etməyə söz verməlidir. Bu cür hərəkətlər Putinin planlarını pozacaq. Rusiya təyyarələri “F-22”lərin qarşısını ala bilməyəcək. Əgər rusların Ukrayna ərazisinə soxulan gücləri “F-22”lər qarşısında zəif olarsa, ukraynalılar da öz növbəsində ölkələrini qorumaq qabiliyyətində olduğuna daha çox əmin olacaqlar. Nəticədə pauza yaranacaq və bu hamını başa salmağa məcbur edəcək ki, Amerika Rusiya təcavüzünə qarşı durmağa hazırdır. Bundan başqa, bu daha çox “Putin üçün aydın siqnal” olacaq”.

Qeyd edək ki, dünyada ən çox hərbi aviasiyaya malik Amerika ordusunda 144 strateji bombardumançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və 1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd F-35) var.

Xüsusən vurğulamaq lazımdır ki, Amerika dünyada 5-ci nəsil qırıcı təyyarəyə - “F-22 Raptor”a sahib olan yeganə ölkədir.

Bu ilin mart ayında isə rusiyalı teleaparıcı, Kremlə yaxınlığı ilə seçilən Dmitri Kiselyov “Rossiya-1” telekanalının “Vesti nedelyi” verilişində Rusiya ilə ABŞ arasında nüvə müharibəsinin mümkünlüyündən danışmışdı. Aparıcının sözlərinə görə, Rusiya-ABŞ-ı radioaktiv külə döndərə biləcək yeganə ölkədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm