Putin: “Rusiya Krımı ona görə özünə birləşdirdi ki…”
Bizi izləyin

Dünya

Putin: “Rusiya Krımı ona görə özünə birləşdirdi ki…”

“Rusiya Krımı NATO-nu buraya buraxmamaq üçün özünə birləşdirdi”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya səfirləri və daimi nümayəndələrinin müşavirəsində deyib.

“Biz, əlbəttə ki, krımlıları və Sevastopol sakinlərini millətçi radikalların özbaşınalığından qorumaq hüququna malik idik. Bizim Qara dəniz akvatoriyasına girişimiz əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı. Düşünürəm ki, NATO-nun qoşunları buraya kifayət qədər tez gələ bilərdi. Nəticədə Qara dənizdə güc balansı kardinal şəkildə dəyişmiş olardı”, - V.Putin Krım işğalının səbəbini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm