Ukraynada 250 separatçı öldürüldü
Bizi izləyin

Dünya

Ukraynada 250 separatçı öldürüldü

Ukrayna ordusunun həyata keçirdiyi əməliyyatlarda 250 separatçı öldürülüb.

Publika.az-ın məlumatına görə, dövlət başçısı Poroşenkonun atəşkəs qərarını uzaqtmamaq barədə verdiyi qərardan sonra Ukrayna ordusu ölkənin şərqində geniş miqyaslı əməliyyatlara başlayıb.

Ukrayna mətbuatının məlumatına görə, Ukrayna ordusu Slavyanskda separatçıların təlim düşərgəsini bombalayıb və bu hücumda 250 rusiyayönümlü insan həlak olub.

Ukraynanın şərqində isə vəziyyət gərgin olaraq qalır. Separatçılar sərhədçiləri daşıyan zirehli maşına raketlə zərbə endirib, nəticədə 6 nəfər yaralanıb. Kramatorskdakı qarşıdurmalarda isə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Raketlə vurulan nəqliyyat vasitəsində isə 6 nəfər yaralanıb.

Bu arada 30 nəfərlik separatçı qrup Donetskin mərkəzində polis qərargahına hücum edib. Nəticədə bir polis zabiti öldürülüb, 2 nəfər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm