Putin Poroşenkonu hədələdi - Müharibə anonsu
Bizi izləyin

Dünya

Putin Poroşenkonu hədələdi - Müharibə anonsu

"Harda rus soydaşımız varsa, sonuna qədər arxasında olacağıq. Bunun üçün diplomatik və iqtisadi yollardan istifadə etməklə yanaşı, müdafiə olunmaq hüuqumuzdan da istifadə edəcəyik".


Axar.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun bu gün Slavyansk ətrafında apardığı əməliyyatla bağlı Vladimir Putin açıqlamasında bildirib.

Moskvada Xarici İşlər Nazirliyində diplomatlarla görüş keçirən Putin Ukraynada yaşananlara münasibət bildirib:

"Ukraynada yaşananlar son illərdə bütün dünya səviyyəsində nəzərə çarpan mənfi gedişatın nəticələrindən biridir. Rusiya dövləti bu vəziyyətdə öz milli maraqlarını qoruyacaq, sərhədlərimizdən kənarda yaşayan rus soydaşlarımızın da arxasında olacaq. Bundan kiminsə şübhəsi olmasın. Onların hüquqlarını müdafiə etmək üçün ilk öncə diplomatik, sonra iqtisadi yollar və nəhayət gücə söykənən müdafiə olunmaq imkanlarımızdan da faydalanacağıq".

Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun atəşkəs müddətini uzatmaqdan imtina etməsinə də reaksiya verib:

"Ukrayna prezidenti Poroşenko atəşkəs müddətini uzatmaqdan imtina etməklə bütün məsuliyyəti öz üzərinə götürmüş olur. Poroşenko dünənə qədər Ukraynada vətəndaş müharibəsinə səbəb olmamışdı. Ancaq sülh yolundan imtina etməklə, töküləcək qanın məsuliyyətini daşıyacaq. Poroşenko yalnız savaşa deyil, siyasi nəticələrə da dözməli olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm