Ukraynada 2 təyyarə vuruldu
Bizi izləyin

Dünya

Ukraynada 2 təyyarə vuruldu

"Donetsk xalq respublikası"nın (“DXR”) yığma qoşun döyüşçüləri Donetsk ərazisində Snejniy səhərində Ukraynaya məxsus təyyarəni vurublar.

ANS PRESS-in məlumatına görə, bu haqda “DXR” mətbuat xidməti bildirib.

Təsdiq edilməmiş informasiyaya görə, Luqansk yaxınlığında rusiyameyilli döyüşçülər iki qırıcı təyyarəni vurmağı bacarıb.

Şahidlərin bildirdiyinə görə, qırıcılardan biri Böyük Verqunka qəsəbəsində, başqa biri isə Staniça Luqansk qəsəbəsinin üzərində vurulub.

Pilotlar tullanmağa vaxt taparaq sağ qalıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm