Dünya
İran Avrasiya İttifaqına qoşulur - İddia
İran Avrasiya İttifaqına qoşulmağa hazırlaşır.
Axar.az xəbər verir ki, bu fikirlə bağlı İranın Rusiyadakı səfiri Mehdi Sanayi çıxış edib.
Son statistika göstərir ki, İranla Rusiya arasında ticarət dövriyyəsi 160 faiz artıb. Bunun nəticəsidir ki, İranda yeyinti məhsullarının üzərinə rus dilində qeydlər yazılır.
İran bazarlarında meyvə, su və digər qida məhsullarının üzərində rusca qeydlərə rast gəlinir. Rəsmi Tehran Rusiya ilə iqtisadi əlaqələri möhkəmləndirmək, yaxınlaşdırmaqda maraqlıdır. Eləcə də Rusiya hökuməti yeyini məhsullarının ölkəyə idxalında Azərbaycandansa İranı seçməyə başlayıb.
Məsələn, Azərbaycan Rusiyaya gilasın 1 kiloqramını 4 manata satdığı
halda, İran bu məhsulu 1 manat 50 qəpiyə təklif edir. Ticarət
dövriyyəsinin genişlənməsi İranın Avrasiya İttifaqına qoşulmaq
istəklərini artırıb.
“İran yeni yaradılmış Avrasiya İttifaqı ilə əməkdaşlığa hazırdır və
buna xüsusi maraq göstərir” - bu bəyanatla İranın Rusiyadakı səfiri
Mehdi Sanayi çıxış edib. O bildirib ki, rəsmi Tehranın Rusiya başda
olmaqla Avrasiya İttifaqına digər üzv dövlətlərlə münasibətləri,
əlaqələri yaxşıdır və bundan sonra bu əməkdaşlıq daha da
dərinləşəcək:
“Bizim üçün Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əməkdaşlıq xüsusi önəm daşıyır”.
M.Sanayi Azərbaycan vasitəsilə İran və Rusiyanı birləşdirən dəmir
yolu xətti tikintisinin tezliklə başa çatacağını da bildirib. Əlavə
olaraq deyək ki, dəmir yol tikintisi neçə vaxtdır ki, yubanır.
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub