Rusiyameyllilər "sovet tankı"nı ələ keçirdi
Bizi izləyin

Dünya

Rusiyameyllilər "sovet tankı"nı ələ keçirdi

Donetsk Xalq Respublikası"nın yığma qoşun döyüşçüləri postamentdən Böyük Vətən Müharibəsi vaxtlarından qalan daha bir tankı oğurlayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda “DXR” qərargahından Rusiya mətbuatına açıqlama verilib.

"Drujovka şəhərində dayaqdan T-34 əfsanəvi tankı götürülüb. İndi onu təmir edirlər", - deyə “DXR” nümayəndəsi bildirib.
30 iyunda Konstantinovka şəhərində dayaqdan götürülmüş "İosif Stalin-3" tankı (" İSA-3") Krasnoarmeysk rayonunun Ulyanovka kəndində blokpostu dağıtmışdı. Həmin zaman Ukrayna güc strukturlarının üç nümayəndəsi öldürülmüş, daha üç nəfər yaralanmışdı.

“DXR” döyüşçülərinin Konstantinovkanın mərkəzində dayaqdan "İSA-3" tankını oğurladığı barədə hələ mayın əvvəlində məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm