Papanın göyərçinlərinə hücum etdilər - FOTO
Bizi izləyin

Dünya

Papanın göyərçinlərinə hücum etdilər - FOTO

Dünya katoliklərinin lideri, Roma Papası 1-ci Fransiskin dünən Vatikandakı vəzi yaxşı başa çatmayıb.


Milli.Az European-a istinadən bildirir ki, pontifikin Apostol Sarayının eyvanından buraxdığı ağ sülh göyərçinlərinə qara qarğa və qağayı hücum çəkiblər.

"Angelus" vəzində Roma Papası Ukraynada zorakılığa son qoymağa çağırıb.


"Ümid edirəm ki, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında konstruktiv dialoq davam edəcək. Güc və zorakılığa qarşı istənilən müraciətin qarşısını alanda hər kəsin ürəyində sülh ruhu ilə ümumi rifah axtarışları üstünlük təşkil etsin", - 1-ci Fransisk deyib.


Vəzini başa vuranda Roma Papası sələfi 2-ci İoann Pavelin jestini təkrarlayaraq səmaya göyərçinlər buraxıb. Bu işdə ona iki uşaq da yardım edib.

Lakin göyərçinlər qanad çalan kimi onlara qara qarğa və qağayı hücum çəkiblər.

Fəqət göyərçinlər qurtularaq uçublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm