Putin: “Biz Poroşenkonu inandıra bilmədik”
Bizi izləyin

Dünya

Putin: “Biz Poroşenkonu inandıra bilmədik”

“Ukraynanın yeni lideri Pyotr Poroşenko hərəkətləri ilə ölkədə hərbi əməliyyatların yenidən başlaması məsuliyyətini öz üzərinə götürdü”.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti deyib. Rus liderin sözlərinə görə, Poroşenkonun bu vaxta qədər hərbi əməliyyatlara başlamaq haqqında verilən əmrlər ilə heç bir əlaqəsi olmayıb.
Putin diplomatlarla görüşündə belə deyib:


“Təəssüf ki, prezident Poroşenko hərbi əməliyyatlara yenidən başlamaq qərarına gəlib. Biz onu etibarlı, davamlı, sabit sülhün müharibə yolu ilə alınmayacağına inandıra bilmədik”.


Xatırladaq ki, aprelin ortalarında hərbi əməliyyatlara başlamaq haqqında qərar Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinovun sərəncamı ilə qəbul edilib.

- See more at: http://axar.az/news/22699#sthash.tUZtNPF5.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm