Lavrov Kerri danışığı baş tutdu
Bizi izləyin

Dünya

Lavrov Kerri danışığı baş tutdu

ABŞ xarici işlər naziri Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Dövlət Başçısı Petra Poroşenkonun atəşkəs müddətini uzatmama qərarını telefonla müzakirə ediblər. ANS PRESS-in məlumatına görə, RF Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yayılan xəbərə əsasən "Lavrov, Poroşenkonun atəşkəs müddətini uzatmama qərarı ilə Rus, Alman, Fransız və Ukrayna görüşündə daha əvvəl edilən razılaşmaları pozduğunu və eləcədə qərarın qan tökülməsinə səbəb olacağını vurğulayıb” deyə bildirilib. Lavrov qeyd edib ki, “bu addım Ukrayna üçün heç gözlənilməz nəticələr verə bilər".

Xəbərdə deyilir ki, Lavrov müşahidəçi ölkələrin ortaq bir şəkildə çalışaraq qarşıdurmanın ən qısa zamanda sona çatması, problemlərin həll edilməsi və Ukraynanın daxili böhranının da sona çatması məqsədiylə tərəflərin danışıqlara başlaması üçün bütün güclərini ortaya qoymalarının zəruriliyini vurğulayıb.

Telefon danışığında Lavrova cavab olaraq, ABŞ xarici işlər naziri Con Kerri həmkarının fikirləri ilə razı olduğunu, lakin hədəfə çatmaq üçün seçilən yolda bəzi fikir ayrılıqları yaşandığını vurğulayıb.

Qeyd edək ki, dünən Ukrayna prezidenti Petra Poroşenko 10 günlük atəşkəs müddətinin sona çatmasıyla, xüsusi əməliyyatlara davam etmə əmri verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm