Rusiya NATO-nun hücumlarına hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya NATO-nun hücumlarına hazırlaşır

Rusiya Federasiyası Krımda yeni artilleriya alayı formalaşdırır.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidmətindən jurnalistlərə bildirilib.

Alayın silahlanmasına 300-dən çox hərbi texnika, həmçinin 60-dan çox yeni artilleriya sistemi daxil ediləcək. Artilleriya alayı Rusiyanın Qara dəniz donanmasının tərkibində fəaliyyət göstərəcək.

Alayın silahlanmasına daxil ediləcək silahlar arasında “Xrizantem” tank əlehinə kompleks, “Msta” qaubitsası və “Tornado” reaktiv sistemləri diqqət çəkir.

Xatırladaq ki, bu ilin 16 mart tarixində keçirilən referendumdan sonra Krım və Sevastopol Rusiyaya birləşdirilib. Dünən isə Rusiya prezidenti Vladimir Putin Rusiya səfirləri və daimi nümayəndələrinin müşavirəsində yarımadanın ölkəsinə birləşdirilməsindən danışıb.

“Rusiya Krımı NATO-nu buraya buraxmamaq üçün özünə birləşdirdi. Biz əlbəttə ki, krımlıları və Sevastopol sakinlərini millətçi radikalların özbaşınalığından qorumaq hüququna malik idik. Bizim Qara dəniz akvatoriyasına girişimiz əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı. Düşünürəm ki, NATO-nun qoşunları buraya kifayət qədər tez gələ bilərdi. Nəticədə Qara dənizdə güc balansı kardinal şəkildə dəyişmiş olardı”, - V.Putin Krım işğalının səbəbini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm