ABŞ erməniləri etiraz edir: “Sarkisyan, Amerikadan rədd ol”
Bizi izləyin

Dünya

ABŞ erməniləri etiraz edir: “Sarkisyan, Amerikadan rədd ol”

ABŞ-da fəaliyyət göstərən erməni forumu keçmiş baş nazir Tiqran Sarkisyanın bu ölkəyə səfir təyin edilməsinə qarşı imza toplamağa başlayıblar.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, imzatoplama aksiyası keçirən təşkilat bəyanatında keçmiş baş naziri çoxsaylı korrupsiya əməliyyatlarında , dələduzluqda günahlandırıb. Tiqran Sarkisyanın adı həmçinin Kipr qalmaqalında hallanır.

Bəyanatda deyilir: “Biz tələb edirik ki, rəsmi Vaşinqton Tiqran Sarkisyanın bu vəzifəni almasına imkan yaratmasın, o, qanun qarşısında cavab verməlidir”.

Xatırladaq ki, Tiqran Sarkisyan 3 aprel 2014-cü ildə Ermənistan baş naziri postundan istefa verib. İyunun 26-da isə prezident Serj Sarkisyan onu ABŞ-da səfir təyin edib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm