Sərhəd-buraxılış məntəqəsinə hücum olub, ölənlər var
Bizi izləyin

Dünya

Sərhəd-buraxılış məntəqəsinə hücum olub, ölənlər var

Terrorçular bu gün Donetsk vilayətinin Rusiya ilə sərhəddə yerləşən “Novoazovsk” buraxılış məntəqəsini minaatanlardan atəşə tutub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib.

“Terrorçular sərhəd-buraxılış məntəqəsinə təxminən 20 mina atıb. Atəş nəticəsində 1 hərbi qulluqçu həlak olub, 4-ü isə yaralanıb”, - xəbərdə deyilir.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun elan etdiyi 10 günlük atəşkəs rejiminin müddəti 30 İyun tarixində başa çatıb. Dünəndən etibarən isə Ukrayna antiterror gücləri irimiqyaslı əməliyyatlara başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm