Kiyevin strateji xətti harada istehsal olunur? – Kremldən sərt ittiham
Bizi izləyin

Dünya

Kiyevin strateji xətti harada istehsal olunur? – Kremldən sərt ittiham

Ukraynada ABŞ-ın güc strukturlarının məsləhətçiləri fəal işləyirlər.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının katibinin müavini Yevgeni Lukyanov deyib.

Onun sözlərinə görə, Kiyev üçün strateji xətt məhz həmin məsləhətçilər tərəfindən istehsal edilir: “Əminliklə söyləyə bilərik ki, yalnız amerikalı muzdlulardan söhbət getmir, həm də Vaşinqtondan gələn məsləhətçilər Ukrayna ərazisində aktiv fəaliyyət göstərirlər. Mən ABŞ-ın güc strukturlarının mütəxəssislərindən danışıram. Onlar yalnız məsləhətlərlə kifayətlənmir, həm də Kiyevin strateji xəttini istehsal edirlər. Bu xətt isə ölkə rəhbərliyi tərəfindən qəbul edilir”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də bir neçə gün bundan əvvəl verdiyi bəyanatında ABŞ-ı kəskin tənqid edib. Prezident bildirib ki, Ukrayna böhranı Rusiya və Avropa arasında danışıqların predmeti olsaydı, vəziyyət bu həddə gəlib çatmazdı. V.Putin Vaşinqtonun Kiyevi qarşıdurmaya itələdiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm