Türk bayrağını endirənə ağır cəza verildi
Bizi izləyin

Dünya

Türk bayrağını endirənə ağır cəza verildi

Türkiyədə hərbi hissələrin birində dövlət bayrağını endirən 19 yaşlı Çekdar Ödüngitə hökm oxunub.

Diyarbəkir 7-ci Ağır Cəza Məhkəməsinin qərarına əsasən, Çekdar Ödüngit 14 il 4 ay 15 gün azadlıqdan məhrum edilib. Məhkəmə onu “Terrorçuluğun təbliğini aparmaq”, “Terror qruplaşmasına üz olmasa da, qruplaşma adından cinayət törətmək”, Türkiyə bayrağını endirərək “Dövlət rəmzlərini təhqir etmək” maddələri ilə təqsirli bilib.

Qeyd edək ki, Çekdar Ödüngit iyunun 8-də Türkiyənin Diyarbəkir vilayətində etiraz aksiyaları zamanı ərazidəki hərbi hissələrdən birinin həyətinə daxil olaraq dövlət bayrağını dirəkdən endirib.


Hadisə ölkədə böyük səs-küyə səbəb olmuşdu. Bu hadisədən sonra təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı işdən çıxarılaraq cəzalandırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm