Rusiya ukraynalı oliqarxı qiyabi həbs etdi
Bizi izləyin

Dünya

Rusiya ukraynalı oliqarxı qiyabi həbs etdi

Moskvanın Basman rayon məhkəməsi Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyskini qiyabi həbs edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə məhkəmə zalında olan “RİA-Novosti” xəbər agentliyinin əməkdaşı bildirib.

Dnepropetrovsk vilayətinin qubernatoru “qətllər təşkil etməkdə” və “qeyri-qanuni yollarla müharibə aparmaqda” ittiham olunub. Rusiya İstintaq Komitəsi həmçinin Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakova qarşı da çinayət işi açıb. Ona qarşı da eyni ittihamlar irəli sürülüb. İstintaq komitəsinin A.Avakov barəsində də qiyabi həbs hokum çıxarılması üçün məhkəməyə xahiş edəcəyi deyilir.

Qeyd edək ki, yəhudi əsilli məşhur biznesmen İ.Kolomoyski Ukraynanın ən zəngin ikinci adamıdır. O, ölkənin ağır vaxtında özü könüllü olaraq doğulduğu Dnepropetrovsk vilayətinə rəhbərlik etmək istəyib və onun bu istəyi prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov tərəfindən təmin edilib. Kolomoyski dövlətdən maaş almayacağını və ölkədə qayda-qanun yarandıqdan sonra vəzifədən gedəcəyini bildirib. “Forbes” jurnalı İ.Kolomoyskinin varidatını 1,8 milyard dollar olaraq qiymətləndirib.

Rusiya onun Ukraynanın cənubi-şərqdə xüsusi əməliyyatda iştirak edən bir sıra hərbi qruplaşmaları maliyyələşdirdiyini iddia edir.

Moskvanın Basman rayon məhkəməsi bundan əvvəl Ukraynanın “Sağ sektor” radikal millətçi təşkilatının lideri Dmitri Yaroşun qiyabi həbsinə qərar verib. D.Yaroş terrorçu və ekstremist fəaliyyət göstərməkdə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm