• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkman yazar: “İŞİD-in arxasında ABŞ dayanıb”

  • Dünya
  • 2 İyul 2014 13:25
  • 475 Baxış
Türkman yazar: “İŞİD-in arxasında ABŞ dayanıb”

İraqdakı sabiq millət vəkilindən sensasion açıqlamalar

İraqın Ərbil şəhərində yaşayan Türkman Yazarlar Birliyinin sədri, sabiq millət vəkili Əsəd Ərbil Axar.az-ın suallarını cavablandırıb, bölgədəki vəziyyətlə bağlı son durumu şərh edib:

- Əsəd bəy, Ərbildə indi vəziyyət necədir, Mosuldan nə qədər türkman köçüb gəlib?

- İndi Ərbildə vəziyyət normaldır. Şəhərin mühafizəsi yüksək səviyyədə təşkil olunub. Amma giriş olduqca ciddi şəkildə nəzarətdədir. Hərbi nəzarət gücləndirilmiş iş rejimində çalışır. Şəhər tam şəkildə müdafiəyə hazırdır.

Nəzarət məntəqələrində əsgərlərin sayı artırılıb. Mosul, Kərkük və Mahmur nəzarət məntəqələrini Kürdüstan hökumətinin peşmərgələri qoruyur.

Ərbil İŞİD hücumuna qarşı bütün təhlükəsizlik tədbirlərini görüb. Mosul və Təlafər bölgələrindən gələn türkmənlərin sayı bilinmir. Əksəriyyəti dostlarının, qohumlarının evində yerləşib. Həmçinin, Ərbilin Kələk bölgəsində qaçqınlar üçün düşərgələr salınıb. Ərbildə qohumu olmayanlar bu düşərgələrdə məskunlaşıblar.

- Türkmanlara dövlətin və sizin başqa hansı köməyiniz var ?

- Biz, Ərbil türkmanlarından ibarət iki qurum - Türkman Ədəbiyyatçı və Yazarlar Birliyi və Türkman Sənət və Kültür Gənəl Müdürlüyü birgə yardım kampaniyası başlatmışıq. Təlafər və Mosuldan gələn ailələrə 4 yük maşını yardım göndərmişik. Onların ehtiyaclarını təmin etməyə çalışırıq. Düşərgələrdə də yüksək səviyyədə şərait yaradılıb, nəzarət var.

- Necə bilirsiniz, bu proseslər hara gedir?

- Nuri Əl-Maliki İraqda baş nazirlik kürsüsünü itirməmək üçün silahdan istifadə edir. Bütün qruplar onun istefasını tələb edir. Ancaq o, buna əhəmiyyət vermədən vəzifədə qalmaqda davam edir. Malikini İran və təbii ki, gizli şəkildə Amerika dəstəkləyir.

Səbəb də odur ki, İraqda yaşanan bu böhran dərinləşsin, sabitlik olmasın, uzun müddət bu vəziyyət davam etsin. İraqdakı problemlərin həlli üçün yeni hökumət formalaşmalıdır. Əks təqdirdə, böhran uzun müddət davam edəcək.

- Onda bəs Malikiyə qarşı çıxan İŞİD-in arxasında kim dayanıb?

- İŞİD-in də arxasında Amerika var. Çünki İŞİD Səddam hakimiyyəti dövründə belə var idi. Ancaq Suriya hökumətini devirmək mümkün olmadı deyə, bu qüvvələri İraqa yönləndirdilər. Bu gün İŞİD-in ən böyük düşməni İran farslarıdır. Səudiyyə Ərəbistanını da açıq şəkildə təhdid edirlər ki, Məkkəni ələ keçirib, Kəbəni səudiyyəlilərin başına yıxacağıq.

- Bu hadisələrin sonu necə olacaq ?

- Məncə, bu da digər oyunlar kimi hələ bir müddət davam edəcək. İndi Amerika iraqlıları bir-birinin əli ilə öldürür. Bu baxımdan istəyinə də nail ola bilib. Bu, Amerika üçün böyük uğurdur. Görək hələ bundan sonra hansı oyunlar hazırlayacaq! Necə ki, Azərbaycanda Qarabağ problemini yaratdılar, eləcə də bizi bu cür bir oyunun içinə salıblar. Başqa bir oyun ortaya çıxmayınca, bu İŞİD heç vaxt bitməyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR