Ukraynanın bombardmançı “Su-24” təyyarəsi vuruldu
Bizi izləyin

Dünya

Ukraynanın bombardmançı “Su-24” təyyarəsi vuruldu

Terrorçular Ukrayna ordusuna məxsus bombardmançı “Su-24” təyyarəsini vurub.

Publika.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sözcüsü Aleksey Dmitraşkovski bildirib. Təyyarənin daşınabilən PZRK zenit raket kompleksi ilə vurulduğu xəbər verilir. “Raketlərdən biri təyyarəyə dəyib və mühərrik yanıb. Pilot mühərrikləri söndürməyi bacarıb. O, həmçinin təyyarəyə atəş açan zenit raket kompleksini məhv edə bilib.

Hadisə nəticəsində zərər çəkən olmayıb”, - Dmitraşkovski deyib.

A.Dmitraşkovski pilotun bir mühərriklə 300 kilometr uça bildiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm