• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

“Səudiyyə Ərəbistanı İŞİD-i yaratdığı kimi, məhv də edə bilər”

  • Dünya
  • 2 İyul 2014 14:22
  • 833 Baxış
“Səudiyyə Ərəbistanı İŞİD-i yaratdığı kimi, məhv də edə bilər”

Kənardan dəstək olmasa, İŞİD birdən-birə böyük ordu toplayıb İraqın böyük ərazilərini nəzarətə ala bilməzdi. Şiə Nuri Əl Maliki hökumətinin devrilməsində isə regionun yalnız bir dövlətinin maraqları var. Səudiyyə kralı Abdulla həmişə bu hökuməti İranın marioneti sayıb. Bu səbəbdən, Səudiyyə Ərəbistanı uzun müddət Bağdada səfir göndərməkdən imtina etdi. Hətta müttəfiqləri Bəhreyn, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən tələb etdi ki, Maliki hökuməti ilə məsafə saxlasın.

İranın nüvə proqramının qorxuya saldığı Ər-Riyad həm Suriyada, həm də İraqda radikal sünni qruplaşmalarını açıq-açkar dəstəkləyir. Məsələ ondadır ki, Suriyanı parçalamaq planı iflasa uğradı. Bəşər Əsəd gözləndiyindən daha artıq müqavimət göstərdi. Odur ki, Səudiyyə Ərəbistanı bütün diqqətini İraqa yönəltdi.

Məhz Səudiyyə Ərəbistanının diqtəsi ilə çoxsaylı sünni qəbilələr İŞİD-ə dəstək verdi.

İyunun 24-də Cim Kerri Bağdada səfər edərkən Nuri Əl Maliki Vaşinqtondan aviasiya dəstəyi istədi. ABŞ dövlət departamenti yardım üçün söz versə də, əslində, amerikalıların İŞİD-i bombalayacaqları inandırıcı görünmür. Çünki bu, Səudiyyə Ərəbistanında qıcıq doğurur. Ər-Riyat qəti şəkildə bildirdi ki, İraqın parçalanmasının tərəfdarı deyil. Ancaq kənardan müdaxilə olmamalıdır.

Qətərin ABŞ-dakı keçmiş səfiri Nəsi Hamada isə fikrini daha açıq ifadə etdi: “ABŞ Nuri Əl Maliki hökumətini dəstəkləyəcəksə bütün sünnü cameəisi tərəfindən qeyri dostluq aktı kimi dəyərləndiriləcək.”

Yaxın Şərq üzrə beynəlxalq ekspert Saymon Hendersonun Qərb mətbuatında səsləndirdiyi fikirlər də maraqlıdır. Ekspert deyir ki, kral Abdullanın əsas məqsədi Nuri Əl Malikinin istefasıdır. İŞİD-in irəliləməsindən sonra baş nazirin reytinqi xeyli düşüb. Odur ki, istefanın ehtimalı çoxdur. Nuri Əl Maliki istefaya getsə, Səudiyyə Ərəbistanı indi müttəfiq olan sünni qəbilələri İŞİD-ə qarşı qaldıraq İraqda vəziyyəti stabilləşdirəcək.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR