İlk addımı Moldova atdı
Bizi izləyin

Dünya

İlk addımı Moldova atdı

Bu gün Moldova parlamenti Avropa İttifaqı (Aİ) ilə imzaladığı assosiasiya haqqında razılaşmanı təsdiqləyib.

Publika.az-ın verdiyi xəbərə görə, Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle “Twitter” səhifəsində yazıb.

“Assosiasiya haqqında razılaşmanın təsdiqi münasibətilə Moldovanı təbrik edirəm. Bu, sazişin həyata keçirilməsi və ölkə vətəndaşlarının hiss olunan üstünlüklərə çatması üçün əhəmiyyətli addımdır”, - Füle qeyd edib.

Xatırladaq, 27 iyun 2014-cü ildə Ukrayna, Gürcüstan və Moldova Aİ ilə assosiasiya haqqında razılaşmanı imzaladı. Razılaşma adıçəkilən ölkələrdən başqa Aİ-nin 28 üzvünün hər biri tərəfindən təsdiqlənməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm