• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Müxalifətin vahid namizədinə 5 partiyadan dəstək

  • Dünya
  • 2 İyul 2014 18:37
  • 258 Baxış
Müxalifətin vahid namizədinə 5 partiyadan dəstək

Türkiyədə avqust ayında keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədi olan Ekmeleddin İhsanoğlunun dəstək axtarışları davam edir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 5 partiya lideri vahid namizədə dəstək verəcəyi barədə anlaşma imzalayıb. Bunlar Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı, Demokrat Partiyasının sədri Gültekin Uysal, Demokratik Sol Partiyasının sədri Masum Türker və Müstəqil Türkiyə Partiyasının sədri Haydar Başdır.

Bundan əvvəl isə Doğru Yol Partiyası vahid namizədə dəstəyini geri çəkdiyini və partiya sədrlərinin birgə mətbuat konfransına qatılmayacağını açıqlamışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR