Terrorçular Slavyansk şəhərində mühasirədədir
Bizi izləyin

Dünya

Terrorçular Slavyansk şəhərində mühasirədədir

Donetsk vilayətinin Slavyansk şəhəri hazırda Ukrayna ordusu tərəfindən mühasirəyə alınıb.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən İqor Strelkov bildirib.

“Rəqib Nikolayevka kəndi tərəfdən Slavyansa gedən yolu kəsib. Bu yol şəhər və xarici aləm arasında son “həyat yolu” idi. Döyüşlər hazırda Nikolayevka və qonşu Semyonovka qəsəbəsi arasında gedir”, - İ.Strelkov deyib.

O, Ukrayna ordusunun tanklarından birini vurduqlarını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm