• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Putin bu gün Minskə gedir

  • Dünya
  • 2 İyul 2014 20:35
  • 250 Baxış
Putin bu gün Minskə gedir

Rusiya prezidenti Vladimir Putin iyulun 2-də Minskə səfər edir.

ANS PRESS-in məlumatına görə, Putin Belarusun nasist işğalından azad olunmasının 70 illiyi tədbirlərinə qatılacaq.

Putin Qələbə abidəsinə əklil qoyacaq, Böyük Vətən Müharibəsi Tarixi Muzeyinin yeni binasının açılışına qatılacaq.

Onun Belarus həmkarı Aleksandr Lukaşenko ilə ikitərəfli münasibətləri, regional inteqrasiya prosesinə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.

Rusiya, Belarus və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqının üzvləridir. Bu qurum 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqı kimi fəaliyyətə başlayacağı gözlənililr.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR