Dünya
"Həmas" İsraili hədələdi
İsraillə Fələstin arasında müharibə
yenidən alovlanır.
ANS PRESS-in məlumatına görə, 3 yəhudi gəncin
ölümündə "Həmas"ı günahlandıran İsrail hərbi əməliyyatlara
başlayıb. Artıq 16 yaşlı fələstinli uşaq qaçırılaraq
öldürülüb.
Bunun ardından İsrail ordusu ilə fələstinlilər
arasında baş verən atışmada 70 nəfər yaralanıb. Həmçinin 639 nəfər
fələstinli saxlanılıb. İsrail ordusu ərəblərin yaşadığı
məntəqələrdə əməliyyatlara başlayıb.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin
Netanyahu verdiyi açıqlamada "Həmas"ı günahlandıraraq 3 yəhudi
gəncin öldürülməsinə sərt cavab veriləcəyini
bildirib.
"Həmas" isə bu iddiaları təkzib edərək, bunun
İsrailin hərbi əməliyyatlarının başlanılması üçün etdiyi təxribat
adlandırıb: "Əgər İsrail döyüş istəyirsə, cəhənnəmin qapıları
açıqdır".
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ