Medvedevdən Ukraynaya müharibə hədəsi
Bizi izləyin

Dünya

Medvedevdən Ukraynaya müharibə hədəsi

Rusiya Baş naziri Dmitri Medvedev Ukrayna prezidenti Pyotr Poroşenkonun atəşkəs müddətini uzatmamasının dəhşətli bir səhf olduğunu bildirib.

Axar.az xəbər verir ki, Baş nazir bu barədə Feysbuk səhifəsində yazıb. Atəşkəs müddətinin artırılmamasının dəhşətli səhvi olduğunu deyən Medvedev yeni itkilərin olacağını, bütün bunlardan da Poroşenkonun məsuliyyət daşıyacağını qeyd edib.

Təkrar müzakirələrin aparılmasının çətin olduğunu vurğulayan Medvedev bunun müharibənin qaydası olduğunu xatırladıb. Baş nazir həmçinin Ukraynanın AB ilə imzaladığı əməkdaşlıq razılaşmasını da tənqid edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm