Rus raketləri İŞİD-in nəzarətində (FOTO)
Bizi izləyin

Dünya

Rus raketləri İŞİD-in nəzarətində (FOTO)

“İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının Suriyanın Rəqqa şəhərində nümayiş etdirdiyi “Scud” tipli ballistik raketin Rusiya istehsalı olduğu ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkəyə düşən şəkillərdə ballistik raketin sovet və ya Rusiya istehsalı R-17 olduğu müəyyən edilib. Raket yük maşınının üzərində olub və buraxılış qurğusu olmadan nümayiş etdirilib. İŞİD-ə yaxın mənbələr raketin maket yox, həqiqi olduğunu vurğulayırlar.

Amerika ekspertləri raketin Suriyada düzəldilə bildiyini də ehtimal edirlər. Çünki İraq öz raketlərini on il qabaq BMT müşahidəçilərinin nəzarəti altında ləğv edib. Buna görə də ABŞ-da düşünürlər ki, raket təhlükəsizdir.

Ballistik raketlə yanaşı İŞİD hərbçiləri zirehli transportyorlar, “Hummer” hərbi avtomobilləri, toplar və başqa texnika nümayiş etdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm